Buşke Lyovenşteyn kondiloması

  • 15-04-2017, 13:14

Buşke Lyovenşteyn kondiloması.
Kandilomalar ziyiləbənzər papiloma şəklində olur, sonra birləşir və geniş əsaslı zədələnmə ocaqları yaranır. Qiqant kondiloma üçün ətraf toxumalara doğru proqressiv inkişaf və residivli gediş xarakterikdir.
Diaqnoz: 
Kandilomanın aydın şəkildə aşkarlanması onun papilovirus tərəfindən törədildiyini aşkar edir. Uşaqlıq yolu və uşaqlıq boyu zədələndikcə güzgülərlə baxışdan sonra kolposkopiya qiymətli diaqnostika vasitəsi hesab olunur. Kolposkopiya zamanı kandilomaların mənzərəsi daha aydın görünür. Müayinə materialı qismində ekzoserviks, uşaqlıq yolu və vulvadan şpatellə götürülmüş yaxmalar, endobraşların köməyi ilə götürülmüş qaşıntılar tətbiq edilir.
Müalicə:
Xəstəliyin müalicəsi prosesin xassəsindən və yanaşı xəstəliklərin nəzərə alınmasına uyğun olaraq aparılır. Eyni zamanda kolpit, servisit, uşaqlıq boynu eroziyası və digər xəstəliklərin müalicəsi vacibdir. Kandilomanın müalicəsi lazeroterapiya ilə daha effektli olur. Kandilomanın müalicəsində dixlorasetat turşusunun zəif məhlulundan yerli olaraq istifadə edilir. İnterferon və imunomodulya edici təsirə malik dərman vasitələrinin, müalicədə effekli olması xəstəliyin virus mənşəli olduğunu təsdiqləyir.
immunitet.az

Uşaqlıq boynu xəstəlikləri

Share:

Rəylər