Təbii fizioloji doğuş

  • 26-04-2018, 14:05

Orta hesablamalara görə fizioloji doğuş 7-12 (bəzən 18) saat ərzində baş verir. Bəzən doğuşlar 6 saatdan az müddətdə baş verir ki, bu müddət 4 saatdan az olduqda tez və sürətli doğuş hesab edilir. 18 saatdan gec müddətdə baş verən doğuşlar isə uzunmüddətli doğuş hesab edilir. Qısa və uzunmüddətli doğuşlar müxtəlif patologiyalara səbəb ola bilir. Bu patologiyualar arasında uşağın doğuş zədəsi allması, qanaxma, doğuş yollarının zədələnməsi və s. aiddir.
Doğuşun birinci mərhələsi
Doğuş prosesində əsas orqan sayılan uşaqlıqda baş verən yığılmalar 3 əsas səbəbdən baş verir:
* endokrin(hormonal)
* neyrogen( mərkəzi və vegetativ sinir sistemi ilə əlaqəli)
* miogen requlyasiya( uşaqlığın quruluşundan asılıdır)
Endokrin requlyasiya estropgenlərin normal miqdarından asılı olaraq doğuşun müddətinə təsir edir. Estrogenlər uşaqlıqda baş verən yığılmalara təsir etmir, amma, ən vacib sayılan uşaqlıq reseptorlarına təsir edir.
Estrogenlərin hərəkət mexanizmi:
* a adrenoreseptorları əzələnin yumşaq toxumasının membranına təsir edir , oksitosinləri (oksitasin, prostaqlandin, serotonin) və bioolıoji aktiv maddələri hərəkətə gətirir .
* Fosfolipazların aktivliyinin artması. Bu lizosom membranın stabilləşməməsi və araxidon turşusundan E2 və F2a prostoqlandinin ayrılması ilə baş verir.
* Miometriyada zülalların sintezinin artması(aktomiozin, adenozintrifosfor turşusu(ATF)), zülalların, yağların, karbohidratların və başqa enerji daşıyan maddələrin uşaqlıq yığılmalarına təsir etməsi.
* Hüceyrə membranının təsiri hesabına hüceyrə daxilində + K ionlarının azalması və membranın sakitləşməsi. Bu miometriyada taktil həssaslığı artırır, mexaniki və kimyəvi qıcıqlanmaya səbəb olur.
* Estrogenlər fermentlərə təsir edir, çağırış sürətini artırır və intensiv biokimyəvi reaksiyalara səbəb olur.
* Qan axınını sürətləndirir, miometriyada qan dövranını yaxşılaşdırır, oksigen axınını sürətləndirir.
Bu proseslərin həyata keçməsində ekzogen estrogenlərin tətbiqi (estrogen-qlükoza-kalsium fonu)XX əsrin 60-80 ci illərində uşaqlıqda yığılmaların və doğuşun tezləşməsi üçün tətbiq edilib. Bundan əlavə həmin preparatlarn orqanizmə zərərli təsirləri də olub. Belə ki, ekzogen estrogen prolaktinin sekresiyasını aşağı salmaq qabiliyyətinə malikdir və gələcəkdə prolaktin azlığına səbəb ola bilir.
Uşaqlığın funksiyasını artırmaq üçün hormonal faktorlardan da istifadə edilir. Bu serotonin, kinin və fermentlərin təsiri vasitəsilə həyata keçirilir. Hipofizin arxa payının hormonu (oksitosin) doğuş fəaliyyətinə təsir edən ən yaxşı vasitələrdəndir.
Hamiləlik dövründə oksitasinin uşaqlıqda toplanması doğuş faliyətinin aktivliyinə təsir edir. Dölün ifraz etdiyi oksitosinaz fermenti isə qanın plazmasında oksitasinin miqdarının eyni dinamikada qalmasına səbəb olur.
Doğuş prosesinin baş verməsində və inkişaf etməsində doğuş sancılarının davamlı və normal intervallarla olmasının, uşaqlıq toxumasının dölyanı maye üçün baryer funksiyasının yerinə yetirməsinin də təsiri çoxdur. Bu zaman uşaqlıqda yığılmaların baş verməsində əsas rol oynayan faktorlardan biri də prostaqlandinlərdir. Prostaqlandinlər fəaliyyətdə olan nahiyəyə yerli olaraq təsir göstərir, damarların qan təzyiqini, diurezi, ananın və uşağın hemostaz sistemini nəzarət altına alır.
Prostaqlandinlərin yerli sintezi – dölyanı, xorionik və desidual nahiyələri əhatə edir. Amnion və xorionda E2 prostaqlandinləri(döldə), desidual və miometriyada E2 və F2(ana prostaqlandini)sintez olunur.
Prostaqlandinlərin sintezi doğuş fəaliyyəti zamanı fetal kotrizonun xaric olunmasına, döldə hipoksiyanın və infeksiyanın əmələ gəlməsinə, dölyanı mayenin tərkibinin dəyişməsinə və yırtılmasına, uşaqlığın mexaniki qıcıqlanmalarına nəzarət edir.
Prostaqlandin mayesinin tərkibi doymamış yağ turşularından, fosfolipidlərdən və araxidon turşusundan ibarətdir. Bu maddə bir tərəfdən uşaqlığın yığılma qabiliyyətini artırır, digər tərəfdən isə damarlara təsir edərək hemostaz sistemə nəzarət edir. Bu zaman ana və uşağın prostaqlandinləri ayrı ayrılıqda fəaliyyət göstərir.
E2(PQ-E2) prostaqlandinlərin xüsusiyyətləri
* aqreqant əleyhinə təsirə malikdir
* arteriaların diametrini artırır
* qan axınını və mikrosirkulyasiyanı sürətləndirir
F2a prostoqlandinin xüsusiyyətləri
əzələlərdə spazm əmələ gətirir
* eritrositlərin və trombositlərin fəaliyyətinə təsir edərək doğuş zamanı qanaxmanın az olmasını nəzarət altına alır
* uşaqlıqda yığılmaların baş verməsinə səbəb olur ki, bu da mikrosirkulyasiyanın pisləşməsinə və arterial təzyiqin nadir hallarda artmasına səbəb olur.
Ana və uşaqda olan prostoqlandinlər sinxron olaraq fəaliyyət göstərir: miositlərdə kalsium kanallarının açılmasına səbəb olur,uşaqlığın tonusunu yüksəldir, uşaqlıq yığılmalarının fəaliyyətini və enerjisini artırır, yığılmaların avtomatik olmasına nəzarət edir.
Doğuşa az zaman qaldıqda uşaqlıqda aktivlik meydana gəlir və aşağıdakı əlamətlər baş verir:
* oksitasin və prostaqlandin reseptorları formalaşır
* ion kanallarının membranları açılır, konneksinin(hüceyrəarası əlaqələrin yaranmasında iştirak edən komponent) ölçüsü və aktivliyi artır
* miometriyada olan miositlərin elektrik impulsları yüksəlir və geniş ölçüdə yayılır
* dölün böyrəküstü vəzində androgenlərin fəaliyyətində iştirak edən estrogenlər sintez olunmağa başlayır və döldə aromatazın aktivliyi başlayır
Neyrogen requlyasiya
Dəqiq requlyasiyaya əsaslanaraq uşaqlığın yığılması baş verir. Simpatik və parasimpatik sinir sistemi ilə əlaqədar olaraq uşaqlığın dibində fizioloji müvazinat saxlanılaraq yığılmalar baş verir. Bu uşaqlığın aşağı seqmentində meydana çıxır. Bu zaman vegetativ sinir sistemi baş beyin kökünə və limbik kompleks quruluşuna təsir edərək doğuşun incəliklə idarə edilməsinə səbəb olur.
Miogen requlyasiya
Doğuşun müxtəlif dövrlərində uşaqlıq bir neçə dəfə yığılma fəaliyyəti ilə aktivlik göstərir. Uşaqlıqda miometriyanın iki əsas qatının funksiyası qeyd olunur:
* xarici – uşaqlığın aşağı hissəsində davamlı olaraq güclü aktivlik
* daxili – uşaqlığın boyun hissəsində, daha çox isə aşağısında və bütün uşaqlıqda olan aktivlik
Doğuş prosesində uşaqlığın xarici qatı oksitosinə, prostaqlandinlərə və uşaqlığın tonus-motor fəaliyyərtini artıran maddələrə qarşı həssas olur.
Uşaqlığın daxili qatı zəif yığılma aktivliyinə malik olduğuna görə J.Daelz həmin hissəni”susmuş zona” adlandırıb.
Doğuş zaman uşaqlıqda yığılmaların fəaliyyəti onun müxtəlif əzələ qatının funksiyasından asılıdır.
Doğuş zamanı uşaqlığın alt hissəsinin peristaltikası eyni istiqamətə - uşaqlığın aşağı seqmentinə doğru yönəlir. Ən güclü yığılmalar isə uşaqlığın dib hissəsində meydana çıxır. Bu dölün uşaqlıqdan xaric edilməsinə görə baş verir. Həmin hissədə olan hüceyrələrin qıcıqlanması birləşdirici toxuma impulslarının yığılma dalğalarından güc alır. Simpatik və parasimpatik sinir sistemində meydana gələn qıcıqlanmalar əzələlərdə rahatladıcı sirkulyasiyanı və spiralabənzən əzələ ötürüzcüləri isə dölün hərəkətliliyinə və onun doğuş yolundan çıxmasına xidmət edir.
Doğuş zamanı ana orqanizmində yığılmaların başlaması uşaqlığın enerji ilə təmin olunmuş bioloji reaksiyalarından asılı olur ki, bu da doğuş fəaliyyətinin bir-neçə saatdan asılı olmasına baxmayaraq davam edir. Uşaqlığın yığılması və sakitləşməsi bundan asılı olur.
Doğuş sancıları müxtəlif tezliklərlə müşayət olunur(10 dəqiqə ərzində1-2 sancı). Sancıların amplitudunun artması doğuş vaxtının tezləşməsinin göstəricisidir. Doğuş sancıları uşaqlıq boynunun açılmasnın əlamətidir. Sancılar arasında adətən 2-3 dəqiqə vaxt olur.
Doğuş zamanı təxminən 180-300 sayda sancı baş verə bilir.
Uşaqlıq vəziyyətinin doğuş zamanı 3 fazası qeyd edilir:
* uşaqlığın başlanğıc yığılmaları
* miometriyanın tonusunun artması
* əzələ gərginliyinin aradan qalxması
Uşaqlıq yığılmalarının fizioloji parametrləri doğuş ağırlaşmalarının baş verməməsi üçün daxili və xarici metodlarla dəyişdirilə bilir.
Uşaqlıq yığılmalarının iki xüsusiyyəti var. Birinci xüsusiyyəti uşaqlıq dibinin dominantlığıdır. İkinci xüsusiyyət isə uşaqlıq əzələsində baş verən yığılmaların uşaqlıq boynunu açmaq qabiliyyətinə malik olmasıdır. Açılmalar üfiqi istiqamətdə baş verir. Normada yığılmalar uşaqlığıln sağ və sol yarısında, sinxron və üfiqi istiqamətdə meydana çıxır.
Hər yığılma zamanı eyni zamanda uşaqlıq əzələsinin bütün lifləri və plastları bir- birinə sıxılır və aralanır. Pauza zamanı isə tam daralma (kontraksiya)və ya tam geri çəkilmə(retraksiya) baş verir. Nəticədə isə miometriyada əzələlərin sıxılması meydana çıxır və uşaqlığın aşağı seqmenti formalaşaraq uşaqlıq yolunun açılmasına səbəb olur.
Hər yığılma zamanı uşaqlıq daxilinə olan təzyiq 100 mm. c. s. artır. Təzyiq isə dölyanı mayeyə təsir edərək onun doğuş yolunda lazım olan formaya gətirilməsində rol oynayır.
Dölyanı maye doğuş yolu ilə axaraq uşaqlıq divarının reseptorlarına təsir edir, bu da öz növbəsində yığılmaların güclənməsinə gətirib çıxarır.
Uşaqlığın əzələ qatı və uşaqlığın aşağı seqmenti yığılmalar zamanı uşaqlıq yoluna və dölün yerləşdiyi kisəyə təsir edir. Uşaqlığın eninəzolaqlı əzələ lifləri döl kisəsinə təsir göstərir.
Bir sözlə, yığılmalar uşaqlıq əzələsinin daralmasına və geri çəkilməsinə, daxili təzyiqin artmasına, uşaqlıq boynunun açılmasına səbəb olur.
Dölyanı maye kisəsi uşaqlığın tam aşağı hissəsinə gəlir və həmin hissədə uşağın başı yerləşir. Baş çıxış hissəyə təsir edərək su kisəsinin açılmasına səbəb olur.
Uşaqlıq boynunun qısa və yumşaq olması hər bir qadında müxtəlif olur. İlk dəfə doğuş həyata keçirən qadınlarda doğuşdan əvvəl daxili və xarici giriş qapısı(zev) bağlı olur. Daxili zevin açılması uşaqlıq yolunun daralması və çəlilməsi zamanı açılır, sonra isə uşaqlıq yolu genəlir.
Xarici zev doğuş yolunda uzun bağırsaq kimi görünür. Onun açılması döl kisəsinin tamamilə açılmasına səbəb olur.
Döl kisəsinin doğuşa qədər açılması vaxtından əvvəl doğuşun baş verməsinə səbəb olur. Bu zaman adətən uşaqlıq yolu lazım olan qədər(6 sm qədər) açılmayan zaman baş verir. Bəzi hallarda isə döl kisəsi doğuş zamanı çatdıqda belə açılmır. Bu zaman kisəni açmaq doğuşun tezləşməsinə səbəb olur. Uşaqlıq boynunun açılması və dölün doğuş yoluna daxil olması prosesi bir-neçə fazadan ibarətdir:
* 1. Latent faza:
Bu davamlı və periodik olayaq yığılmaları baş verməsi və uşaqlıq yolunun 3-4 sm aralanması zamanı baş verir. Bu zaman uşaqlıqda sinxron yığılmalar başlayır, uşaqlıq divarı daralır və geri çəkilir. Yığılmalardan sonra uşaqlığın aşağı hissəsindəki əzələ lifləri və uşaqlıq boynu genişlənir. Bu faza 5-6 saat davam edir Fazanın latent adlandırılmasının səbəbi bu dövrün ağrısız və ya az ağörılı olmasından irəli gəlir. Bu dövrdə tibbi müalicəyə ehtiyac olmur və uşaqlıq yolunun açılması 0,35 sm/tez. baş verir.
* 2. Aktiv faza
Uşaqlıq yolunun 4 sm açılması ilə müayət edilir. Bu zaman açılma qısa və tez bir zamanda baş verir. Bu dövr 3-4 saat müddət sürür və açılma 1,5-2 sm/tez. baş verir.
Bu zaman döl kisəsinin uşaqlıq boynu 8 sm açılana qədər saxlanılır. Suyun axması aktiv doğuşun başlamasının göstəricisidir. Bu zaman dölə daxildən edilən təzyiqin miqdarı artır. Bu dövrdə qadına spazmolitiklər verilir. Su tamamilə axıb qurtqrdıqdan sonra uşaqlıq boynu 30% kiçilərək 4-5 sm qalır.
* 3. Yavaşlama dövrü
Bu dövr uşaqlıq boynunun tam 8 sm açılmasına qədər gözlənilir. İlk dəfə doğan qadınlarda bu 40 dəqiqədən 2 saata qədər zaman apara bilir. Bu fazanın həmişə baş verməsi olmaya bilir. Uşaqlıq boynunun 8-10 sm ölçüdə açılmaması doğuş fəaliyyətinin zəifləməsinin göstəricisidir. Bunun səbəbi isə dölün başının kiçik çanağın dar hissəsinə dirənməsi və ya onun ləng və ya sakit hərəkət etməsidir.
Doğuşun ikinci dövrü
Doğuşun ikinci dövrü uşaqlıq boynunun tam açmılması və dölün mexaniki olaraq xaricə qovulması və uşaqlıq yolundakı fəaliyyəti ilə başlayır.
Bu müddət 30-60 dəqiqə müddətində baş verir. Təkrar doğuşlar zamanı isə bu müddət 15-20 dəqiqədə həyata keçir.
Adətən dölün doğulması üçün onun 5-10 cəhd göstərməsi kifayət edir.Uzunmüddətli cəhdlər zamanı isə uşaqlıqda və döldə qan dövranı zəifləyir, bu da dölün boyun fəqərələrində özünü göstərir.
Doğuşun ikinci dövründə dölün baş formasında dəyişiklik meydana çıxa bilir. Bu döl uşaqlıq yolundan keçən zaman kəllə sümüklərinin sıxılıması zamanı baş verir. Bu zaman uşağın başında doğum şişi əmələ gəlir. Şişkinlik dərialtı hüceyrələrdə əmələ gəlir. Səbəbi isə həmin hissədə olan damarların qısa müddət ərzində maye və qanın formalı elementləri ilə dolmasıdır. Doğum şişi canlı döldə dölyanı maye axıb qurtardıqdan sonra əmələ gəlir. Bu şişin dəqiq konturları olmur, onun tərkibi mayedən ibarət olub beyin tikişləri və dəri altında yığıla bilir. Doğum şişi uşaq dünyaya gəldikdən bir-neçə gün sonra geri sorulur. Bununla əlaqədar olaraq doğum şişi kefalohematomadan differensasiya edilir və patoloji doğuşlar zamanı nəzarət altında saxlanılır.
Doğuşun birinci və ikinci dövrü 10-12 saat müddətində baş verir. Təkrar doğuşlar zamanı isə bu müddət 6-8 saat zaman alır.
Birinci və təkrar doğuşlar zamanı bu müddətin fərqli olmasının səbəbi ilk doğuşda latent dövrün birinci fazasından asılı olmasıdır.
Doğuşun üçüncü dövrü
Uşaq doğulduqdan sonra uşaqlığın ölçüsü kiçilməyə başlayır. Doğuşdan 5-7 dəqiqə sonra uşaqlıqda 60-80 ampltudla 2-3 yığılma baş verir və son xaric olunur. Bundan əvvəl uşaqlıq sarğı nahiyəsində yerləşmiş olur. Qısa müddətdən sonra isə yığılmalar, qanaxma və ya qanaxmasız ola bilir. Dol və son xaric olduqdan sonra uşaqlıq sarğı nahiyəsindən yuxarı sağa doğru qalxmağa başlayır. Doğuşdan sonra uşaqlıq qum saatı formasında olur. Döl xaric olduqdan sonra 150-250 ml (uşaq çəkisinin 0,5% miqdarında)qanaxma müşayət oluna bilir. Doğuşdan sonra uşaqlıq öz formasını bərpa etməyə başlayır, simmetrik yerləşir və öz yerinə oturur.

Təbii doğuş

Share:

Rəylər