Hamiləlikdə cinsi həyat necə olmalıdır?

  • 15-04-2017, 13:29

Hamiləlikdə cinsi həyat necə olmalıdır? 
Hamiləlik müddətində cinsi həyat haqqında hələ də müxtəlif fikirlər var. 
Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərindən soruşmadıqları və ya ümumiyyətlə maraqlanmadıqları üçün məlumatsız olduqları mövzudur.
Həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik müddətində yaranan dəyişikliklərdən ən çox cütlüklərin cinsi həyatı təsir görür. Hamiləlik müddətində cütlüklər arasında sanki cinsi həyatın bitməsi kimi yanlış bir fikir var. Lakin hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə şəxsi həyatı da davam etdirmək olar. 
Hamiləlik qaydasında gedirsə, cinsi həyata məhdudiyyət qoymaq üçün heç bir səbəb yoxdur. Üstəlik, hormon nizamında artma olduğu üçün genital bölgədə qan axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər.
Xanımı hamilə olan kişilərin 72 faizində cinsi aktivlikdə azalma müşahidə edilir. Kişilərin 40 faizində libido, yəni cinsi istəkdə azalma baş verir. Lakin hamiləlik müddətində cinsi həyat mövzusunda kifayət qədər məlumatlı olsanız, bu çətin, amma keçici dövrün öhdəsindən gələ bilərsiniz.
Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:
- Dölün düşmə təhlükəsi varsa
- Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə
- Səbəbi məlum olan və olmayan vaginal qanama
- Uşaqlığın çatışmazlığı hallarında
- Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə
- Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa
- Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması (genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması)
- Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)
Bu hallara isə diqqət etmək lazımdır:
- Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq
- Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir
- Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər.
Ümumiyyətlə, hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi mühümdür. Bu mövzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə mütləq müzakirə etməlidirlər. 
Hamiləlik zamanı mütəmadi seks hər hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur. Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha rahat keçir.

Təbii doğuş

Share:

Rəylər