Qadın sonsuzluğunun profilaktikası

  • 11-04-2017, 16:55

Qadın sonsuzluğuna qarşı profilaktik tədbirlərə ilk növbədə iltihab proseslərinin vaxtında müalicə etmək, mütəmadi olaraq ginekoloqda müayinədən keçmək lazımdır. Ginekoloqun bir müayinəsi gələcəkdə yarana biləcək bir çox mümkün problemləri bir neçə aylığa aradan qaldıra bilir. Axı xəstəliyin və reproduktiv sistemin funksionallığının pozulmasının vaxtında edilən diaqnostikası gələcəkdə ciddi nəticələri aradan qaldırmağa imkan verər. Bundan başqa, profilaktik tədbirlərə həmçinin daxildir:
- Sadə gigiyena qaydalarına riayət.
- Cinsi münasibətlərdə davamlılıq.
- Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina edilməsi.
- Düzgün balanslaşdırılmış qidalanma;
- Mötədil fiziki yüklənmə.
- Müvafiq istirahət və yuxu.
- Stress və emosional yüklərin aradan qaldırılması.
- Mövsüma uyğun geyim, soyuqdan qorunma, xüsusilə ayaqların və kiçik çanaq nayihəsinin soyuqdan qorunması.
- Ginekoloqla məsləhətləşərək hamiləlik əleyhinə vasitələrin düzgün seçilməsi ilə ixtisaslı kontraseptiv variantları.
- Çəkiyə nəzarət və vitaminlər, mikro- və makroelementlərin kifayət qədər qəbul edilməsi.
Əlbəttə, insan bütün xəstəliklərdən sığortalana bilməz, lakin bir çox xəstəliklərin təhlükəsini aradan qaldırmaq və ya azaltmaq mümkündür. Qadın sonsuzluğunun profilaktikası ilk növbədə qadının öz sağlamlığına qayğı göstərməsini, risk amillərdən uzaq olmasını, mütəmadi olaraq həkimə baş çəkməsini nəzərdə tutur.

Sonsuzluğun müalicəsi

Share:

Rəylər