Hamiləlik vaxtı üz və bədəndə onan piqmentasiya

  • 15-04-2017, 13:28

Hamiləlik vaxtı qadının orqanizmində güclü dəyişikliklər baş verir. Dərinin ayrı-ayrı sahələrində dəri rənginin dəyişikliyi müşahidə olunduqda isə bu hamiləlik zamanı piqmentasiyadan xəbər verir.
Piqmentasiya – dəri rənginə görə cavabdeh olan melanin piqmentinin həddindən artıq hasil olunması nəticəsində dəri sahələrinin tünd və ya açıq rəng almasıdır. Əmələ gələcək ləkələrin açıq və ya tünd rəngdə olması gələcək ananın dəri rəngindən asılıdır. Adətən sarışın qadınlarda daha tünd ləkələr əmələ gəlir, qarayağızlarda isə əksinə.
Hamiləlik zamanı piqment ləkələri üz nahiyəsində (alında, çənədə, gözlərin ətrafında, yanaqların və üst dodağın yuxarı hissəsində), budların içəri tərəfində, süd vəzilərin məmələrində və qarında əmələ gələ bilər. 
Adətən üz nahiyəsində piqmentasiyanın əmələ gəlməsinə “hamilə qadının maskası” adlandırırlar. Bu ləkələr qəhvəyi rəngə və düzgün olmayan formaya malik olurlar. Bəzən onlar alın üzərindən bir gicgahdan digərinə kimi olan tağa bənzəyirlər.Əgər sizin çillənməyə meylliyiniz varsa, hamiləlik dövründə onların əmələ gəlməsi güclənə bilər. Və bu hamiləlik zamanı piqmentasiyanın özünəməxsus təzahürü olacaqdır.
Hamiləlik zamanı dəridə piqmentasiyanın əsas səbəbi –hormonal pozuntudur. Hamıya məlumdur ki, körpənin bətndə saxlanılması və hamiləliyin qorunması üçün bu pozuntu həyati əhəmiyyətə malikdir.
Bundan başqa, bunun səbəbi stress ola bilər. O həmişə ananın və körpənin orqanizmlərinə mənfi təsir göstərir, o cümlədən piqmentasiya formasında da.
Bütün hamilə qadınlara birinci gündən fol turşusunu və tərkibində onun olduğu məhsulları qəbul etmək tövsiyə olunur. Çox vaxt bu vitaminin çatışmamazlığı piqment ləkələrinin əmələ gəlmə səbəbi olur. Lakin dəridə ləkələrin əmələ gəlməsini görən kimi səylə hamilə qadınlar üçün nəzərdə tutulmuş vitaminlər qəbul etmək lazım deyil. İlk növbədə siz həkimlə məsləhətləşməlisiniz!

Keysəriyyə

Share:

Rəylər