Hamiləliyin ilkin dövrlərində dodaqda herpes əmələ gələrsə narahat olmağa dəyərmi?

  • 22-05-2018, 10:36

Hamiləliyin ilkin dövrlərində dodaqda herpes əmələ gələrsə narahat olmağa dəyərmi?
Hamiləlik zamanı herpes baş verdikdə nə etmək lazımdır?
Hamiləlik zamanı meydana çıxan hər bir xəstəlik gələcək ananı narahat edir. Aydın məsələdir ki, doğulacaq körpənin həyatı ananın sağlamlığından asılıdır. Bütün hamiləlik dövrü qadının immuniteti fizioliji təzyiq altında olur ki, bu da qadın orqanizminin xəstəliklərə olan həssaslığını artırır.
Bəs hamiləliyin ilk dövrlərində dodaqlarda herpes əlamətləri meydana çıxan vaxt panikaya düşmək və müalicə götürmək lazımdırmı?
Məqalədəkilər
* Əmələgəlmə səbəbi
* Harada lokallaşa bilər?
* Herpes təhlükəlidirmi?
* Müalicəsi
* Təkrar meydana çıxmaması üçün profilaktikası
Əmələgəlmə səbəbi
Dodaqlarda əmələ gələn hər cür səpgilərin meydana çıxmasına herpes virusu səbəb olur. Bu herpes virusunun meydana çıxdığı klassik hissədir. Bundan başqa herpes kişi və qadınların cinsi orqanlarında da əmələ gələ bilir. İkincili tip herpes virusu da səpgilərlə özünü biruzə verir, amma, bu səpgilər nadir hallarda dodaqlarda meydana çıxır. Onun ən çox əmələ gəldiyi yer uşaqlıın boyun hissəsi və aralıq nahiyədir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Yer kürəsi əhsalisinin 65% birincili tip herpes virusunun, 15% isə ikincili tip herpes virusdunun daşıyıcısıdır. Orqanizmdə immunitet araşdırdılığı zaman isə 100% halda orqanizmdə bu patogenə qarşı anitelin olduğu meydana çıxıb. Bütün məsələ isə aşağıdakılardan ibarətdir.
* Hər bir insan düyaya gəldikdən sonra herpes virusu ilə rastlaşır. Virusun orqanizmə mənfi təsiri isə orqanizmin immunitetindəın asılıdır. İmunitet yüksək olduğu zaman virusun patogenliyi  tamamilə məhv olur, əksi olduqda isə xəstəliyin kliniki əlamətləri meydana çıxır. Bu zaman mikroorqanizm toxumalarda, əsasən də sinir sistemi strukturunda ömürlük olaraq qalır.
Sonuncu halda virus orqanizmin immun çatışmazlığı zamanı(o cümlədən hamiləlik vaxtı)aktivləşir və kliniki əlamətləri ilə özünü yaxşı biruzə verir. Herpes virusu qabarcıq şəkilli səpgilərlə meydana çıxır və bu səpgilərdə qaşınma, geyişmə əlamətləri olur.
Virus daimi olaraq sinir toxumalarında yaşadığına görə sinirlərin üzərində meydana gəlir. Ən çox isə aktiv olmayan sinirlərdə meydana çıxır.
Virusun orqanizmə daxil olmaması üçün aşağıdakılara əməl etmək lazımdır. Birincili olaraq isə herpes virusu aşağıdakı yollarla orqanizmə daxil olur:
* Məişət-kontakt yolu vasitəsilə. Bu zaman virus dəsmal, yataq paltarı, qab-qacaq və ya xəstə adamın istifadə etdiyi əşyalar vasitəsilə yoluxur.
* Cinsi yolla. Bu yolla herpes virusu çox geniş yayılır. Ən çox cinsi yolla I və II tip herpes virusu yayılır. Hər iki tip herpes virusuna cinsi yolla yaxalandlqda isə əlamətlər həm dodaqlarda, həm də cinsi orqanda meydana gələ bilir.
* Hava-damcı yolu ilə. Bu vasitə ilə yoluxma nadir hallarda baş verir. Ən çox isə xəstə ilə nəfəs təması yaşandığı zaman, onunla söhbət etdikdə , xəstə adamın ağız suyu sağlam adama sıçradıqda baş verir.
* Vertikal yol. Bu zaman xəstəlik xəstə anadan dölə keçir. Əgər ana herpes virusu ilə xəstələnibsə bu uşaq üçün təhlükəli ola bilər. Hər şey infeksiyanın residiv vermə tezliyindən , onun patologiyasından və digər bu kimi faktorlardan asılı olur.
Deməli hamiləlik zamanı qadının orqanizmi immunitet azlığı yaşadığına görə bu onun genetikasına da təsir edir. Nəticədə isə onun orqanizmi bu kimi infeksiyalara yaxalana bilir.
Herpes: əlamətləri, müalicəsi, profilaktikası
Harada lokallaşa bilir?
Xəstəliyin harada lokallaşması onun kliniki şəklindəın asılı olaraq dəyişir. Herpesə hamiləlik zamanı ən çox dodaqlarda, ağızın selikli qişasının kənarlarında( yumşaq və sərt damaqda, diş ətində), nadir hallarda isə burun ətrafında rast gəlinir. Bəzi hallarda herpes gözətrafı nahiyəni və digər oprqanları(ağ ciyərləri, bronxları)da zədələyə bilir. Orqanizmdə immun defisitinin olması xəstə nahiyənin ölçüsünün çox olmasına və infeksiyanın ağırlaşmalarına səbəb olur .
* Xəstəlik cinsi orqanlarda ən çox cinsi dodaqların selikli qişasında, uşaqlıq boynunda və servikal kanalda patogenliyini biruzə verir.
Herpes təhlükəlidirmi?
Herpesisn istənilən növü yetərincə təhlükəli hesab edilir. Bu onun artıb çoxalaraq genetik materiala təsir göstərməsinə görədir. Bu infeksiya hamiləliyin yarımçıq qalmasına, dölün patologiyasına, dölyanı mayenin korlanmasına və uşaqsalmaya səbəb ola bilir.
Herpes virusuna yaxalanan hamilə qadın uşaq dünyaya gətirdikdə isə  uşağının daxili orqanlarında zədələnmələr və doğuş zamanı ağırlaşmalar  meydana çıxır.
Hamiləlik zamanı herpes virusu daşımaq aşağıldakı şəkildə hamiləliyin yarımşıq qalmasına səbəb olur:
*  Hamiləliyin ilkin dövrlərində xəstəliyə yaxalanmaq uşağın həyatı üçün təhlükəli ola bilir. Bu ən çox hamiləliyə qədər herpes virusuna yaxalanmayan qadınlarda baş verir. Bu isə onların qanında yetərincə herpes antitelinin olmaması ilə əlaqələndirilir. Belə olan halda qadının orqanizmi hamiləlik zamanı herpesə qarşı davamlı olmur.
Buna görə də herpes infeksiyası embrionun inkişafına neqativ təsin edir və hamiləlik dövrü ciddi müalicə tələb edir.
* əgər herpes virusunun əmələ gətirdiyi zədələnmə ocağı kiçikdirsə o zaman həyəcanlanmağa lüzum yoxdur. Belə olduqda virus uşağa mənfi təsir etmir. Hətta dəfələrlər belə kiçik ölçülü herpes zədələnmələri baş versə də, bu uşaqda patoloji izlər buraxmır.
Herpes virusu əsasən hamiləliyin ilkin mərhələsində uşaq üçün təhlükəli hesab edilir.
Aşağıdakı kliniki variantləra daha çox rast gəlinir:
* Nadir hallarda(bir-neçə aydan bir)dodaqlarda, ağızın selikli qişasında və burun ətrafında meydana çıxan herpes zamanı ananın narahat olmasının heç bir səbəbi yoxdur. Bu orqanizmdə infeksiyaya qarşı antitelin olmasının göstəricisidir. Bu kliniki şəklə malik herpes dölə daxil ola bilsə də təhlükə törətmir. Bu zaman yara yerini  mazların və antiseptik maddələrin köməyi ilə işləmək lazımdır.
* Dodağın bir neçə hissəsində tez-tez meydana çıxan herpes ananı narahat etməlidir.  Bu zaman yara yeri iri olur və bu hal ən çox immun çatışmazlığı zamanı meydana çıxır( ən pis hal AİDS zamanı olur).
Tez-tez baş verən residivlər isə embrion üçün təhlükəli hesab edilir və xüsusi müalicə tələb olunur. Bu zaman xəstəyə virusəleyhinə preparatlar, interferon, vitaminlər və s. təyin edilir.
* Hamilə qadınların cinsiyyət dodaqlarında meydana çıxan herpes. Bu zaman infeksiya embriona təsir etmir və patologiya yanlız zədələnmə ocağlında meydana çıxır. Amma, müalicə olunmasa və yara daimi olaraq yerində qalarsa o zaman xəstəlik uşağa da keçə bilər.
* Servikal kanalda meydana gələn herpes embrion üçün çox təhlükəlidir. Bu zaman virus infeksiyası asanlıqla embriona daxil olur və dölyanı mayeni zədələyərək uşaqsalmaya səbəb ola bilir.
***Bir sözlə herpesin hamiləliyin ilk dövrlərində nə dərəcədə təhlükəli olduğu aydınlaşdı. Hər bir konkret hadisə hamiləlik üçün risk sayıla bilər. Xəstəliyin təkrarlanması isə uşağın həyatı üçün təhlükənin olmasının göstəricisidir.

Hamiləliyin hansı dövründə patologiyanın baş verməsinə gəldikdə isə bunun elə də bir fərqi yoxdur. Xəstəlik hamiləliyin əvvəlində və ya sonunda olmasından asılı olmayaraq uşaq üçün təhlükəli sayıla bilir.
Xəstəliyin müalicəsi
Müalicə mütəxəssis tərəfindən aparılır. İlk növbədə ana ilə söhbət edərək herpesin kliniki şəkli, kəskin dövrü, residivlərin olması araşdırılır və qadına zədələnməyə uyğun olaraq prinsiplərə əsasən müalicə təyin edilir:
Müalicə əsasən aşağıdakı istiqamətlərdə aparılır:
* Virusəleyhinə müalicə - əsasən hamiləlik zamanı təhlükəli olmadığına görə antisiklovir təyin olunur.
Herpes əlaməti meydana çıxan zaman asiklovirin dozası orta həddi aşmır, 0,4-0,8 qr olmaqla gündə 5 dəfə 7-10 gün istifadə edilir. Əgər herpes residiv xəstəlik olarsa preparatın qəbulu 2 dəfə azaldılır. Ən tanınmış və effektiv yerli müalicə asiklovir gelinin sürtülməsi hesab edilir.
* Təbii yolla orqanizmin müdafiə qüvvəsini artıraraq xəstəlik əlamətlərinin azaldılması. Buraya interferon və onun əvəzediciləri, immunomodulyatorlar və bifidobakteriya tərkibli dərmanlar aiddir. Müalicə xəstəliyin dözümlülüyünə uyğun olaraq aparılır.
* Vitaminlər və antioksidant müalicə kursu. Bu müalicə 10-14 gün davam etdirilir.
* Ağrı sindromu çox olduğu zamanlarda ibuprofen və ya bu kimi dərman preparatlarının təyini.
Hamiləlik zamanı herpesi müalicə etdikdə gigyena qaydalarına əməl etmək də vacib məslələrdən biri hesab edilir. Xəstəyə zədələnmənin ailə üzvlərinə yayılmaması üçün gigyena qaydalarına əməl etmələri xahiş edilir. Bu qaydalara aşağıdakılar aiddir:
* xəstənin istifadə etdiyi  yataq dəstinin tədric edilməsi
* dəsmal və digər əşyaların ayrıca gigyenik qayda ilə təmizlənməsi
* intim əlaqədən, o cümlədən xəstəlik zamanı öpüşmədən uzaq durmaq
* yaranın üstünü açmamaq(onun içərisi aktiv viruslarla doludur)
* hamilə qadın kontakt linzadan istifadə edirsə ondan istifadə etməzdən əvvəl əllərini mütləq yumalıdır
* bütün müalicəvi kremlər və mazlar pambıq tamponla sürtülməlidir
Təkrar xəstələnməmək üçün profilaktika
Hamiləlik zaman 3-5% hallarda herpes virusu uşağa ciddi təsir göstərir. Bu da hamiləliyin erkən dövrlərində xəstəliyə yaxalanan zaman baş verir. Xəstəliyin profilaktikasında soyuqdəymə xəstəlikləri zamanı, aybaşıdan qabaq və s. hallarda herpesə yaxalanan qadınların hamiləlik zamanı diqqətli olması durur.
Aşağıdakılara əməl etmək məsləhət görülür:
* Residiv infeksiyalar zamanıl orqanizmin müqavimətini artırmaq məsləhət görülür.  Buraya davamlı olaraq küləkli və nəm  yerlərdə oturmamaq, interferon və onun əvəzedicilərini qəbul etmək məsləhət görülür.
* Ən yaxşı profilaktika isə hamiləlik zamanı qan müayinəsi ilə herpes virusunun olub olmamasını araşdırmaq və həkimə müraciət etməkdir.
* Birinci və ikinci tip herpes virusu əleyhinə peyvənd edilmə  ən yaxşı profilaktika vasitəsi hesab edilir.
Herpes infeksiyası immun sistem çatışmazlığı səbəbindən residiv verərək təkrarlana bilən ciddi xıəstəlikdir.
 Hamələlik zamanı dodaqlarda səpginin əmələ gəlməsi uşağın həyatı üçün təhlükənin olması anlamına gəlmir. Hər bir halda həkimə müraciət etmək lazımdır. Yanlız mütəxəssis xəstəliyin hamiləlik üçün nə dərəcədə təhlükəli ola biləcəyi qərarını verə bilər. Hamiləliyin ilkin dövrlərində herpes müalicəsi nə qədər tez başlanarsa, ikinci və üçüncü üçaylıqda uşağın həyatı bir o qədər təhlükəsiz olar.

Hamiləliyin təqibi

Share:

Rəylər