Hamiləlik zamanı diş sağlığı

  • 15-04-2017, 13:30

Hamiləlik zamanı diş sağlığı.
Hamiləlik zamanı diqqət etməli olduğumuz sahələrdən biri də diş sağlığıdır. Təəssüf ki, cəmiyətimiz bu kimi hallara qarşı hələdə biganə yanaşır.Lakin hamiləlik zamanı bir sıra diş problemlərinin yaranması normal vaxtdakından iki dəfə artıqdır.
-Diş çürüməsi – hamiləlik dövründə tez-tez qusmalar ağızda turşululuğu artırır ki, bu da dişin çürüməsi üçün əlverişli şərait yaradır.
-Diş tökülməsi – hamiləlik dövründə baş verən bəzi hormon dəyişiklikləri nəticəsində diş tökülmələri baş verir.
Həmçinin uşağın sümükləşmə prosesində çoxlu kalsiuma ehtiyac var.Bunuda ananın orqanizmi təmin edir.Kalsium sümükləşmədə istifadə olunduğundan diş minası yumşalır və qırılmalar,tökülmələr baş verir.
Bəs hamiləlikdə dişinizin qayğısına necə qalmalı ?
- Dişləri müntəzəm olaraq fırçalamaq.
- Hər qusmadan sonra isə ağızı soda ilə yaxalamaqla diş xəstəliklərinin qarşısına almaq mümkündür.
- Kalsium preparatları qebul etmək

Hamiləlik

Share:

Rəylər