Anormal qanamalara diqqət!

  • 15-04-2017, 13:08

Normal aybaşı 24-35 gündə bir görülən, yeddi gündən az davam edən və cəmi 80 ml'dən az olan qanama olaraq təyin olunur.Anormal qanamalar isə hər hansı bir səbəb olmadan, aybaşı qanamalarının nizamsız olması və ya dayanmayan uzun davamlı qanama olur.
Qadınların yüzdə 10-unda 30 yaşında, menopoza yaxın qadınların isə yüzdə 50-ində anormal qanama görülür.
Qanamaların çoxu nizamlı ovulyasiya olmadığıüçün ortaya çıxır. Ovulyasiya olmadığı və ilk mərhələdə estrogenin qarşısına çıxacaq progesteron olmadığı üçün endometriya qalınlaşır, toxumaların normal funksiyası pozulur. Bəzən gecikmənin arxasından qanamalar yaşanır.
Bu cür qanamalar yeni aybaşı görməkdə olan qızlarda və ya menopaoza yaxın dövrlərdə, polikistik over sindromu və ya böyrək üstü vəzinin nizamsız çalışması kimi hormonal xəstəliklərdə, tiroid vəzinin az və ya çox işində, prolaktin hormonunun çox olduğu hallarda, erkən menopaoz faktlarında, həddindən artıq iştahsızlıq və yemək yeməməyə (anoreksiya) bağlı hipotalamus vəzi pozuqluğunda ortaya çıxır.
Müalicə üçün əsas səbəb ortaya çıxarılmalıdır.
Diaqnostikada müayinə və ultrasəs ən əhəmiyyətli üsullardır. Servikal smear testi, uşaqlıq içi qalınlığı artması vəziyyətində abort ilə material alınıb araşdırılması, (endometriyal biyopsi) içəriyə maye verilərək edilən ultrasəs, həm diaqnoz həm də müalicənin bir arada edilə histeroskopiya ilə uşaqlıq içini görüb polip və ya mioma kimi meydana gəlmələrin çıxarılması, qanayan toxumaların yandırılması eyni seansda edilə bilər.

Hamiləlik / Təbii doğuş / Keysəriyyə / Sonsuzluğun müalicəsi / Hamiləliyin təqibi / Uşaqlıq boynu xəstəlikləri / Digər xidmətlərimiz

Share:

Rəylər