Endometriozun əlamətləri

  • 15-04-2017, 12:52

Uşaqlığın içini örtən qişaya endometrium adı verilir. Bəzi qadınlarda endometrium uşaqlıq xarici yerlərdə ola bilər və bu vəziyyət endometrioz adını alır. Bu quruluş ən çox pelvik orqanlar (yumurtalıqlar, uşaqlığın üzəri, borular) üzərində lokalizə olur. Daha az sıxlıqla bağırsaqlar, sidik kisəsi və rektum üzərində yerləşə bilər.
Əlamətləri bunlardır:
-Anormal və ya çox menstruasiya.
-Aybaşı əvvəli ağrı.
-Cinsi əlaqə əsnasında ağrı.
-Aybaşılar əsnasında ağrılı bağırsaq hərəkətləri, ishal.
-Aybaşı əsnasında sidiyə gedərkən ağrı.
-Hamilə qala bilməmə.
Diaqnoz.
Əvvəlcə həkiminiz şikayətlərinizi soruşacaq. Pelvik müayinə ilə genital orqanlarla əlaqəli kist, düyün və ya ağrılı bölgələrin varlığını araşdıracakdır. Ümumiyyətlə həkiminiz qəti diaqnoz qoya bilmək üçün sizə laparoskopik müayinə təklif edəcək. Bu əməliyyat üçün xəstəxanada qalmanız lazım deyil, həmin gün xəstəxanadan çıxa bilərsiniz. Göbək dəliyinin dərhal altına edilən 1 santimetrlik kəsikdən laparoskopi adı verilən teleskop qarın içinə salınaraq genital orqanlara və qarın içi strukturlara baxılır. Beləcə endometriozun yeri, böyüklükləri və sayı müəyyən olunar.

Hamiləlik / Təbii doğuş / Keysəriyyə / Sonsuzluğun müalicəsi / Hamiləliyin təqibi / Uşaqlıq boynu xəstəlikləri / Digər xidmətlərimiz

Share:

Rəylər