Antifosfolipid sindrom

  • 15-04-2017, 13:29

Antifosfolipid sindrom.
Müasir mama-ginekologiyanın ən aktual problemlərindən olan spontan düşüklər 30 faiz hallarda məhz antifosfolipid sindrom nəticəsində baş verir.
Sindromun inkişafına səbəb olan faktorlar sırasına genetik meyillik, bakterial və virus infeksiyaları, autoimmun xəstəliklər, sistem qırmızı qurdeşənəyi, düyünlü periarteriit, dərman preparatlarının (kontraseptivlər, psixotroplar) uzunmüddətli qəbulu və onkoloji xəstəliklər aid edilir.
Antifosfolipid sindrom klinik olaraq özünü müxtəlif əlamətlərlə büruzə verir, bəzi hallarda isə simptomlar qətiyyən üzə çıxmır. Sonuncu hala daha sıx rast gəlinir, tam sağlam hamiləlik fonunda spontan düşüklər baş verir. Xəstəlik zamanı hamiləliyin sona çatdırıla bilməməsinin əsas səbəbi qanın laxtalanma sisteminin aktivliyinin artmasıdır. Həmin səbəbdən plasenta damarlarında yaranan tromboz nəticədə düşük baş verir.
Sindromun nisbətən "təhlükəsiz" simptollarına baldır, pəncə və budlarda damar şəklinin güclənməsi aiddir. Daha ağır hallarda qan dövranının xroniki pozulması nəticəsində baldırda sağalmayan yaralar və barmaqların qanqrenası inkişaf edə bilir. Damar mənfəzinin tromblaşması çox olan xəstələrdə ağciyər arteriyasının tromboemboliyası və qəfləti ölüm riski yüksəkdir.
Xəstəliyin nisbətən az rast gəlinən əlamətlərinə torlu qişa damarlarının trombozu nəticəsində görmənin zəifləməsi, tamam itməsi və xroniki böyrək çatışmazlığı aiddir.
Hamiləlik sindromun əlamətlərini ağırlaşdırdığına görə həmin diaqnozlu xəstələr palnlaşdırılan hamiləlikdən əvvəl ginekoloqa müraciət etməlidirlər.
Antifosfolipid sindrom diaqnozunu qoymaq üçün qanın AFS markerlərə görə təhlili aparılır. Xəstəliyin ağırlıq dərəcəsi isə qanda trombositlərin azalma dərəcəsinə və koaquloqrammaya əsasən müəyyən edilir.
Hamiləlik müddətində iki həftədən bir, doğuşdan sonra isə üçüncü və beşinci günlər qanın laxtalanması yoxlanılır. Hamiləliyin 20-ci həftəsindən sonra hər ay aparılan USM və doplerometriya ana-plasenta-döl sistemində qan dövranının vəziyyətini yoxlamağa imkan verir.
Xəstəlik hamiləlik müddətində aşkar olunanda da eyni müalicə taktikası seçilir və hamilədə heç bir əlamət olmasa da, kortikosteroidlər təyin edilir. Steroidlərlə müalicə immun sistemi zəiflətdiyinə görə xəstəyə hamiləliyin 12 və 24-cü həftələrində və doğuşdan bilavasitə əvvəl kiçik dozda immunoqlobulin verilir.

Digər xidmətlərimiz

Share:

Rəylər